05 iyul 2018 22:11
828

“Qəbələ” uduzdu

Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” üçüncü yoxlama oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, “Qırmızı-qaralar” Polşanın “Krakoviya” klubu ilə qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün taleyini bir qol həll edib. İlk yarıda hesabı açan Polşa təmsilçisi üstünlüyünü matçın sonuna kimi qoruya bilib.

Beləliklə, “Qəbələ” Sloveniyadakı sonuncu yoxlama oyununda “Krakoviya”ya 0:1 hesabı ilə məğlub olub.

Xatırladaq ki, “Qəbələ” Sloveniyadakı ilk matçında Albaniyanın “Kukesi” klubu (1:1) ilə heç-heçə edib, ikinci sınaqda Xorvatiyanın “Dinamo” klubuna (0:2) uduzub.