06 iyul 2018 16:41
687

“Neftçi”dən növbəti qələbə

2018/19 mövsümünün hazırlıqlarını davam etdirən “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Türkiyədə təlim-məşq toplanışı keçirən Bakı təmsilçisi Rumıniyanın “Politexnika” klubu ilə qarşılaşıb.

“Ağ-qaraar” qonşu ölkədə 4-cü matçına çıxıb. Bunadək üç oyun keçirən Roberto Bordinin yetirmələri Avropa Liqası öncəsi son sınaqda qüvvəsini sınayıb.

Bütün yoxlama görüşlərində qələbə qazanan “Neftçi” bu uğurlu seriyanı rumıniyalılarla görüşdə də davam etdirib. Paytaxt klubu 3:1 hesablı qələbəyə sevinib.

"Ağ-qaralar" bunadək “Şkupi (Makedoniya, 2:0), “Dunarea Kaıaraşi” (Rumıniya, 2:0) və “Çelik”ə (Bosniya və Herseqovina, 4:1) qalib gəlib.

Yoxlama oyunu

5 iyul

“Neftçi” – “Politexnika” (Rumıniya) - 3:1

Qollar: Rəhman Hacıyev, 23, Dabo, 64, Rəşad Eyyubov, 90

“Neftçi”: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Qoran Paratski, 7. Namiq Ələsgərov, 9. Baqali Dabo, 10. Dario Frederiko, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 21. Məhəmməd Mirzəbəyov, 25. Kirill Petrov, 93. Soni Mustivar

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 73. Nail Alışov, 4. Rəşad Eyubov, 8. Emin Mahmudov, 18. Tural Axundov, 22. Mirabdulla Abbasov, 28. Slavko Braliç, 36. Xəlil Bəşirov, 37. Vüsal Əsgərov, 51. Elçin Əsədov, 70. Əli Şirinov, 77. Elvin Sərkərov