06 iyul 2018 16:59
763

“Beşiktaş”ın Bakıya gələcəyi tarix açıqlandı

“Beşiktaş”ın prezidenti Fikrət Orman komandanın planlarını açıqlayıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, klub rəhbəri Azərbaycana gələcəkləri tarixi bildirib.

O deyib ki, sentyabrda yoxlama görüşü keçirmək üçün Bakıya yollanacaqlar: “Təəssüf ki, çempionatı istədiyimiz yerdə bitirmədik və mövsümə erkən başlamaq məcburiyyətində qaldıq. Bu səbəbdən səfərlərimiz təxirə salındı. Çinə səfərimizi ləğv etdik. Amma sentyabrda Azərbaycana gedəcəyik. Avropa Liqasında isə hədəflərimiz yüksək olacaq”.

Qeyd edək ki, ötən mövsümü Superliqada 4-cü pillədə başa vuran “Beşiktaş” Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.