06 iyul 2018 18:38
739

“Qəbələ” klubu Sloveniya toplanışını başa vurub

2018-2019-cu il mövsümünə hazırlaşan “Qəbələ” futbol klubu Sloveniya toplanışını başa vurub.

AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar” iyunun 20-də start götürən hazırlığın 16-cı gününü bir məşqlə yekunlaşdırıb. Günün ilk yarısına təsadüf edən hazırlıq prosesi bərpaedici çalışmalardan ibarət olub. Bu məşqlə toplanışı yekunlaşdıran “Qəbələ” günün ikinci yarısında Vətənə dönüb.

Xatırladaq ki, “qırmızı-qaralar” iyunun 20-dən iyulun 5-dək davam edən hazırlıq prosesində 3 yoxlama oyunu keçiriblər. Komandamız Albaniyanın “Kukesi” (1:1), Xorvatiyanın “Dinamo” (0:2) və Polşanın “Krakoviya” (0:1) klubları ilə qarşılaşıb.