06 iyul 2018 18:41
695

Baş məşqçi: Neftçi-Uypeşt oyununda yaxşı nəticə gözləyirəm

"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 12-də keçiriləcək görüşə toxunub.

PFK-dan Trend-ə verilən məlumata görə, o deyib ki, "Uypeşt”lə oyunda komandadan yaxşı nəticə gözləyir: "Bu çox vacib matçdır. Yaxşı xarakter göstərən güclü rəqiblə qarşılaşacağıq. Rəqibimiz hazırda özünü fiziki cəhətdən yaxşı hiss edir. Onlar da çoxlu yoxlama oyunu keçiriblər. Çox çətin qarşılaşma olacaq. Ehtiyatlı davranacağıq, amma təbii ki, öz oyunumuzu göstərməyə çalışacağıq. Qarşıda bizi güclü rəqib gözləyir, amma öz oyunumuzu göstərməyə çalışacağıq. Bunun necə yekunlaşacağını görəcəyik. Deyə bilərəm ki, oyuna hazırıq”.