"Neftçi" - "Uypeşt" matçının biletləri satışa çıxarılıb

06 iyul 2018 20:30
782

"Neftçi" klubunun futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində Macarıstanın "Uypeşt” komandası ilə keçirəcəyi ilk oyunun biletləri satışa çıxarılıb.

"Report" klubun saytına istinadən xəbər verir ki, qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) manat təşkil edən biletləri "Dalğa Arena” və "Bakcell Arena” stadionlarının kassalarından əldə etmək mümkündür. 

Azarkeşlərin daha rahat bilet əldə etmələri üçün gün ərzində əlavə satış nöqtələri yaradılacaq və bu barədə məlumat veriləcək.

Qeyd edək ki, iyulun 12-da "Dalğa Arena”da keçiriləcək oyun saat 21:00-da başlanacaq.