09 iyul 2018 20:23
1102

"Fənərbağça" klubu qapıçısı ilə müqaviləni uzadıb

Türkiyənin "Fənərbağça" klubu qapıçı Volkan Dəmirəllə müqavilənin müddətini uzadıb. 

"Report" klubun saytına istinadən xəbər verir ki, 37 yaşlı qolkiper İstanbul təmsilçisi ilə yeni müqavilə imzalayıb.

Sözləşmənin detalları hələlik bəlli deyil. 

Qeyd edək ki, V.Dəmirəl 2002-ci ildən "Fənərbağça"da çıxış edir. O, komanda ilə birgə 5 dəfə Türkiyə çempionu olub.