Futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ" və Lüksemburqun "Proqres" komandaları arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılır.
"Report"un "qırmızı-qaralar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, biletləri bu gün saat 17:00-dan etibarən Qəbələ şəhər stadionunun kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 30 manatdır.
Qeyd edək ki, iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.