09 iyul 2018 20:33
1647

"Neftçi" və Türk Hava Yolları arasında əməkdaşlıq müqaviləsi imzalanıb

"Neftçi" futbol klubu "Türk Hava Yolları" ilə əməkdaşlıq müqaviləsi imzalayıb. 

"Report"un məlumatına görə, sözləşmə 1 il müddətinə nəzərdə tutulub.

Tədbirdə klubun prezidenti Kamran Quliyev, Türk Hava Yollarının Bakı ofisinin rəhbəri Seyfulla İlyas, Regional marketinq meneceri İzzət Çələbi, futbolçulardan Ruslan Abışov, Baqali Dabo, Soni Mustivar və komandanın baş məşqçisi Roberto Bordin, həmçinin digər şəxslər iştirak ediblər.