12 iyul 2018 14:37
1154

“Qarabağ” Azərbaycanı irəli apardı

Avrokubokların I təsnifat mərhələsinin 2-ci oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

Qol.az-ın məlumatına görə, son reytinqdə Azərbaycanı 1 pillə irəliləyərək 21-ci pilləyə qalxıb.

“Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsində Sloveniya “Olimpiya”sını 1:0 hesabı ilə məğlub etməsi ölkəmizə 0.250 xal qazandırıb. Xalı 16.875-ə yüksələn Azərbaycan Belarusa çatsa da, əlavə göstəricilərdəki üstünlük sayəsində 21-ci yerə qalxıb.