16 iyul 2018 21:36
1264

Ramil Şeydayevə “yaşıl işıq”: Əsas hücumçu zədələndi

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Trabzonspor” klubu itki ilə üzləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, aparıcı forvard Burak Yılmaz zədələnib.

Sloveniya toplanışı çərçivəsində qasıq nahiyəsindən xəsarət alan Burak müayinə üçün İstanbula qayıdıb. Məlum olub ki, zədə ciddidi və əməliyyata ehtiyac var. Həkimlər onun ən azı bir ay kollektivdən ayrı qalacağını açıqlayıblar. Bu isə o deməkdi ki, Türkiyə millisinin üzvü Superliqanın ilk turlarını buraxacaq.

Burakın zədələnməsi Şeydayev üçün komandada qalmaq baxımından şans yaradıb. “Bordo-mavililər”in hücum xəttində Burakdan başqa, Muhammet Beşir və Uqo Rodalleqa da var.

Qeyd edək ki, Burak Yılmaz mayda da eyni problem ucbatından əməliyyat olunmuşdu.