Menu
  • 22-11-2018
      • Bakı +10+12

  • 08-11-2018
    • $ 1.7
      1.9423

1   2   3   4   5   6

İDMAN

Millimiz yenə bərabərə qaldı

14-10-2018 [ 22:46 ] [ oxunub:683 ]
A+ | A-

UEFA Millətlər Liqasında IV tura start verilib.

Qol.az-ın məlumatına görə, D liqasının 3-cü qrupunda mübarizə aparan millimiz də növbəti oyununa çıxıb. Ötən tur səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub edərək, 2-ci pilləyə yüksələn Qurban Qurbanovun komandası bu dəfə doğma meydanda Malta seçməsini qəbul edib. Yığmamız keçən ay səfərdə heç-heçə (1:1) oynadığı rəqibini evdə məğlub edib, ən azından mövqeyini qorumağa çalışsa da, bunu bacarmayıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Qrupun digər oyununda isə Kosovo səfərdə Farer adalarının qonağı olub. Bu oyunda da eyni hesab qeydə alınıb. Qrupda bütün komandaların 1 xal qazanması turnir cədvəlindəki mövqelərinin dəyişməməsinə səbəb olub.

Millətlər Liqası

D liqası, 3-cü qrup, III tur

14 oktyabr

20:00. Azərbaycan - Malta - 1:1 
Qollar: Muskat, 37 (0:1), Araz Abdullayev, 53 (1:1)
Hakimlər: İvan Bebek, Tomislav Petroviç, Miro Qrqiç, Qoran Pataki
Bakı Olimpiya Stadionu


20:00. Farer adaları - Kosovo - 1:1
Qollar: Raşiça, 9 (0:1), Yonsen, 50 (1:1)

DİGƏR XƏBƏRLƏR