19 oktyabr 2018 14:35
1486

"Neftçi"də Dabo müəmması - "Qəbələ"yə qarşı oynayacaq?

"Neftçi" Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlığını davam etdirir.

Milli.Az xəbər verir ki, komanda öz bazasında məşqə çıxıb. Məşqdə Ruslan Abışov, Haiti milli komandasının düşərgəsindən qayıtmaqda olan Soni Mustivar və yüngül zədəsi olan Baqali Dabo iştirak etməyiblər. Fransalı futbolçunun "Qəbələ" ilə oyunda meydana çıxıb-çıxmayacağı sual altındadır. Hazırlığa sabah oyunöncəsi son məşqlə yekun vurulacaq.

Topaz Premyer Liqasının 8-cu turu çərçivəsində oktyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Neftçi" oyunu saat 17:00-da başlanacaq.