19 oktyabr 2018 16:58
1735

"Qarabağ" qapıçısının avtomobillə piyadanı vurması ilə bağlı açıqlama yayıb

“Qarabağ” klubu əsas komandanın qapıçısı Hannes Halldorssonun oktyabrın 18-də qəza törətməsi ilə bağlı açıqlama yayıb.

“Report” Ağdam təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 34 yaşlı qolkiper idarə etdiyi avtomobillə 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə çalışarkən vurub.

Bildirirlir ki, islandiyalı oyunçu yaralıya ilkin tibbi yardım göstərərək onu xəstəxanaya çatdırıb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Hüquq-mühafizə orqanları tərəfindən müvafiq prosedurlar tamamlandıqdan sonra qapıçı evinə yollanıb.

Açıqlamada yaralının ciddi xəsarət almadığı, sadəcə, sağ diz qapağında sürüşmə olduğu, həkimlərin anında müdaxilə etdiyi və yaxın günlərdə evinə buraxılacağının gözlənildiyi qeyd olunub.

Qeyd edək ki, Hannes Halldorsson “Qarabağ”a DÇ-2018-də sonra transfer olunub.