26 oktyabr 2018 23:47
3671

İbrahimoviç yaxşı rəqs etməyi də bacarırmış

"Los-Anceles Qelaksi”nin futbolçusu Zlatan İbrahimoviç okeanın o tayında da populyardı.

İbra meydandan kənarda da diqqət mərkəzində olur. O, yaxşı rəqs etməyi bacardığını da göstərib.

Zlatan məşhur aparıcı Ceyms Kordenin şousuna qatılıb. İsveçli hücumçu şouda, populyar "Flossing Style” rəqsini ifa edib. Bu rəqsi amerikalı Rassel Xorninq 2016-cı ildə təqdim edib. Rəqs qısa zamanda populyarlıq qazanıb.

İbra "Qelaksi”də bu ilin martından çıxış edir. O, bu komandanın heyətində keçirdiyi 26 oyunda 22 qol vurub, 6 qol ötürməsi edib./Aznews.az