16 aprel 2018 17:26
1061

PSJ Fransa çempionu oldu

PSJ tarixində yeddinci dəfə Fransa çempionu oldu

Futbol üzrə Fransa çempionatının 33-cü turu çərçivəsində “Park De Frens” stadionunda keçirilən mərkəzi qarşılaşmada PSJ klubu “Monako”nu qəbul edib.

Böyük hesablı qələbə ilə bitən oyunda qapılara səkkiz qol vurulub. Parislilər rəqib qapısından yeddi qol keçiriblər. Meydan sahiblərinin heyətində Lo Çelso (2 top), Di Mariya (2), Kavani və Draksler fərqləniblər. “Monako”nun futbolçusu Radamel Falkao isə avtoqolla yadda qalıb. Qonaqların heyətində yeganə qolun müəllifi Roni Lopez olub.

Bu qələbədən sonra hesabındakı xalların sayını 87-yə çatdıran PSJ klubu digər komandalar üçün əlçatmaz olub və turnirin başa çatmasına beş tur qalmış çempionluğunu bayram edib.

PSJ tarixdə yeddinci dəfə (1986-cı, 1994-cü, 2013-cü, 2014-cü, 2015-ci, 2016-cı il) Fransa çempionu adını qazanıb. Keçən mövsüm çempionatın qalibi “Monako” olub.

Parislilərin braziliyalı müdafiəçisi Dani Alveş 37-ci tituluna sahib olub. Belə ki, titulların sayına görə, Dani Alveş birinci pillədə qərarlaşıb.