04 aprel 2018 13:51
1226

"Real" və "Bavariya"dan səfər qələbəsi

“Real Madrid” səfərdə “Yuventus”u darmadağın etdi – 0:3

Bu gün futbol üzrə Çempionlar Liqasının ¼ final mərhələsinin ilk oyunları keçirilib.

Trend-in məlumatına görə, İtaliya təmsilçisi “Yuventus” öz meydanında “Real Madrid”i qəbul edib.

Gərgin şəraitdə keçən oyunda ilk qol özünü çox gözlətmədi. Matçın 3-cü dəqiqəsində “Real”ın portuqaliyalı hücumçusu oyunda hesabı açdı – 0:1.

64-cü dəqiqədə Kriştianu Ronaldo “Yuventus”un qapıcısı Canluici Buffonun seyvindən sonra gözəl qolla seçildi – 0:2. 66-cı dəqiqədə meydan sahibləri azlıqda qaldı, hakim Cüneyt Çakır Dibalaya qırmızı kart göstərdi.

Nəhayət, oyunun sonuncu qolunu 72-ci dəqiqədə madridlilərin braziliyalı müdafiəçisi Marselo vurdu.

İspaniyada paralel keçirilən oyunda “Sevilya” “Bavariya Münxen”i qəbul edib. Oyun Almaniya təmsilçilərinin qələbəsi ilə yekunlaşıb - 1:2.