17 noyabr 2017 14:46
712

AFFA-nın əməkdaşı UEFA tərəfindən yeni təyinat alıb

AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb.

UEFA Gənclər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Maribor” (Sloveniya)–“Sevilya” (İspaniya) oyununun UEFA nümayəndəsi Sərxan Hacıyev olacaq.

Görüş dekabrın 6-da Sloveniyanın Lendava şəhərində keçiriləcək.