15 noyabr 2017 15:43
942

Robert Levandovski ən yaxşı futbolçu seçilib

Robert Levandovski dünya çempionatının Avropa üzrə seçmə mərhələsinin ən yaxşı məhsuldar futbolçusu seçilib

Polşa millisinin hücumçusu Robert Levandovski dünya çempionatının Avropa üzrə seçmə mərhələsinin ən yaxşı məhsuldar futbolçusu seçilib.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, “Bavariya”nın forvardı rekord sayda – 16 qol vurub.

Polşalı futbolçu 15 qol vuran Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu, belçikalı Romelu Lukaku və danimarkalı Kristian Erikseni (hər ikisi 11 qol) qabaqlayıb.