11 sentyabr 2017 14:44
750

“Çelsi”–“Qarabağ” oyunu yunanlara əmanət

“Çelsi”–“Qarabağ” matçını yunanıstanlı hakimlər briqadası idarə edəcək

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin “Çelsi”–“Qarabağ” matçının hakimləri müəyyənləşib.

Qarşılaşmanı Yunanıstan Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Anastasios Sidiropoulos olacaq. Ona həmyerliləri Polixronis Kostaras və Lazaros Dimitriadis kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Damianos Efthimiadis yerinə yetirəcək.

Qeyd edək ki, “Çelsi”–“Qarabağ” oyunu sentyabrın 12-də Bakı vaxtı ilə 22:45-də start götürəcək.