13 noyabr 2017 18:11
510

Rusiyalı olimpiya mükafatçısı yarışlardan kənarlaşdırılıb

2012-ci il London Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Rusiya ağırlıqqaldıranı Ruslan Albeqov bütün yarışlardan kənarlaşdırılıb. 

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qərar qəbul edib.

Albeqov antidopinq qaydalarını pozmaqda şübhəli bilinir. O, London olimpiadasında 105 kq-dan yuxarı çəki dərəcəsində 3-cü yeri tutub. 29 yaşlı idmançı, həmçinin ikiqat Avropa və dünya çempionu olub.