15 noyabr 2017 17:19
668

DÇ-2018-ə vəsiqə qazana bilməyən milli komandalar arasında turnir təşkil edilə bilər

Futbol üzrə 2018-ci il dünya çempionatına vəsiqə qazana bilməyən milli komandalar arasında turnir təşkil edilə bilər.

“Report” ESPN-ə istinadən xəbər verir ki, ABŞ Futbol Federasiyası yarışa İtaliya, Hollandiya, Qana, Çili və digər yığmaları dəvət etməyi planlaşdırır.

Turnirin 2018-ci il 14 iyun - 15 iyulda Rusiyadan keçiriləcək mundialın startından əvvəl keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyə, Çexiya, İrlandiya, Ukrayna, ABŞ, Paraqvay, Kot dİvuar kimi ölkələrin yığmaları da dünya çempionatına vəsiqə qazana bilməyiblər.