15 noyabr 2017 19:57
738

“Qarabağ”ın 3 milyonluq transferi ilə bağlı İDDİA: Pedro klubdan ayrılacaq?

Yunanıstan mediası “Qarabağ” futbol klubunun bu il icarəyə götürdüyü Pedro Enrike ilə bağlı iddia qaldırıb.

Publika.az xəbər verir ki, “PAOK” komandasından transfer edilən Pedro Enrikenin mövsüm sonunda klubdan ayrılması və köhnə komandasına qayıtması ehtimal edilib.

Buna səbəb olaraq futbolçunun ödənişinin yüksək məbləğdə olması və klubun bunu qarşılamaq istəməməsi göstərilib. İddiaya görə, P.Enrike də klubdan ayrılmaq istədiyini və daha rəqabətli çempionatda oynamaq istədiyini bildirib.

"Qarabağ"ın meneceri Asif Əsgərov Pedro ilə bağlı yayılan iddiaya münasibət bildirib. O, Yunanıstan mətbuatında yazılanları boş sözlər adlandırıb və P.Enrikenin mövsümün sonuna qədər “Qarabağ”la müqaviləsi olduğunu xatırladıb.

“PAOK” klubunun idman direktoru Lüboş Mixel də yazılanların şayiə olduğunu təsdiq edib. O, P.Enrikenin komandaya qayıtmasının müzakirə olunmadığını deyib.

Hazırda “PAOK”da Pedro Enrikenin mövqeyində bir neçə futbolçu var. Pedro yalnız onlardan birinin klubu tərk edəcəyi təqdirdə keçmiş komandasına qayıda bilər.