16 noyabr 2017 21:03
916

“Korintians” futbol klubu yeddiqat Braziliya çempionu olub

“Korintians” futbol klubu Braziliya çempionu olub.

AZƏRTAC xəbər verir ki, Braziliya çempionatının 35-ci turunda “Fluminense” komandasına 3:1 hesabı ilə qalib gələn San-Paulu təmsilçisi sona üç tur qalmış çempionluğunu rəsmiləşdirib. “Korintians” ən yaxın izləyicisi “Qremio”nu 10 xal qabaqlayır.

“Korintians” tarixində yeddinci, son üç ildə isə ikinci dəfə çempionluq yaşayıb.

Çempionluğun sayına görə, San-Paulu klubu üçüncüdür. Ən çox Braziliya çempionluğu yaşayan isə “Palmeyras” klubudur. Onun aktivində 9 çempionluq var.