04 aprel 2018 15:39
1112

Ronaldo Çempionlar Liqasında İLK FUTBOLÇU OLDU

Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldo daha bir rekorda imza atıb.

Publika.az xəbər verir ki, Çempionlar Liqasının 1/4 final mərhələsində “Yuventus”la keçirilən matçın 3-cü dəqiqəsində hesabı açan portuqaliyalı forvard ÇL-də ardıcıl 10 matçda qol vuran ilk futbolçu kimi tarixə düşüb. Buna qədər rekord ardıcıl 9 oyunda toru silkələməyi bacaran “Mançester Yunayted”in sabiq hücumçusu Rud van Nistelroya (2002-03) məxsus idi.

Qeyd edək ki, “Yuventus” – “Real” qarşılaşması qonaqların qələbəsiylə başa çatıb - 3:0.