07 aprel 2018 21:18
1276

"Zenit" Ramil Şeydayevə görə FIFA-ya şikayət etdi

Rusiyanın "Zenit” klubu millimizin üzvü Ramil Şeydayevə görə "Trabzonspor”dan FIFA-ya şikayət edib.

Qol.az-ın "TRT Spor”a istinadən yaydığı xəbərə görə, məlumat “Trabzonspor”un 73-cü Baş Assambleyasında açıqlanıb.

Türkiyə klubu Şeydayevi 2016-cı ildə təzminat ödəmədən heyətinə cəlb edib. Sankt-Peterburq təmsilçisi isə öz yetirməsinə görə yetişdirmə haqqı tələb edir.

Xatırladaq ki, "Trabzonspor”da əsas heyətə düşə bilməyən 22 yaşlı hücumçu ötən il Slovakiyanın "Jilina” klubuna icarəyə verilib. Ötən yaydan isə Şeydayev "Qarabağ”da icarə əsasında çıxış edir.