09 aprel 2018 14:38
1100

Topaz Premyer Liqasının son 2 oyununda heç-heçə

Bu gün Topaz Premyer Liqasında 22-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, günün ilk oyununda "Zirə" "Qəbələ"ni qəbul edib. Oyun heç-heçə yekunlaşıb - 1:1.

Turun son matçında isə "Sumqayıt" "Neftçi"nin qonağı olub. Bu görüş də heç-heçə yekunlaşıb - 2:2.

8 aprel (bazar)

Topaz Premyer Liqası, 22-ci tur

18:30. "Neftçi” 2–2 "Sumqayıt” 
Qol: Rəşad Eyyubov, 41 (0:1), Mirabdulla Abbasov, 45 (1:1), Namiq Ələsgərov, 63 (2:1), Cavid İmamverdiyev, 78 (2:2)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Rəhim Həsənov
8-ci km qəsəbə stadionu


16:30. "Zirə” 1–1 "Qəbələ” 
Qol: Milan Duriç, 53-pen. (1:0), Stiven Monroz, 78 (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev,  Vaqif Musayev, Ömər Paşayev
Zirə İdman Kompleksinin stadionu

7 aprel (şənbə)

“Qarabağ” 1–0 “Səbail”

“Kəpəz” 1–1 “Keşlə”

N Klublar O Q H M T-F X
1 Qarabağ 22 16 5 1 32-8 53
2 Qəbələ 22 12 5 5 36-22 41
3 Sumqayıt 22 10 6 6 28-23 36
4 Zirə 22 9 8 5 29-21 35
5 Neftçi 22 9 4 9 27-23 31
6 Səbail 22 5 3 14 14:31 18
7 Keşlə 22 4 6 12 19:34 18
8 Kəpəz 22 3 3 16 14:37 12

Bombardirlər:

Baqali Dabo ("Qəbələ) - 12 qol 
Mahir Mədətov ("Qarabağ") - 8 qol
Amil Yunanov ("Sumqayıt") - 8 qol
Stiven Monroz ("Qəbələ") - 7 qol
Riçard Qadze ("Zirə") - 6 qol