11 aprel 2018 17:38
999

"Qarabağ"dan "Roma"ya təbrik - "Barselona"ya atmaca

"Qarabağ" Çempionlar Liqasınının qrup mərhələsində rəqibləri olmuş "Roma"nı yarımfinala yüksəlməsi münasibəti ilə təbrik edib.

Qol.az-ın məlumatına görə, Ağdam klubu rəsmi "Feysbuk" səhifəsi vasitəsi ilə bununla bağlı yazıb:  "Bizi məğlub etmək "Barselona"nı udmaqdan çətindir. Təbriklər əziz dostumuz, "Roma".

Qeyd edək ki, ilk matçda "Barselona"ya səfərdə 1:4 hesabı ilə uduzan "Roma" cavab qarşılaşmasında 3:0 hesabı ilə qalib gələrək yarımfinala adını yazdırıb.