12 aprel 2018 16:43
1043

"Keşlə" "Sumqayıt"a, "Qəbələ" "Neftçi"yə qarşı

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək.

Qol.az-ın məlumatına görə, mərhələnin ilk oyunları keçiriləcək.

Günün ilk qarşılaşması Bakıda olacaq. Topaz Premyer Liqada medallar uğrunda mübarizədə rəqiblərinə uduzan "Keşlə" son vaxtlar özünün ən yaxşı oyununu sərgiləyən, 2018-ci ildə məğlubiyyət üzü görməyən "Sumqayıt"ı qəbul edəcək.

Digər görüş isə Qəbələdə keçiriləcək. Qış fasiləsindən sonra sabit oyunu ilə fərqlənən "Neftçi" "Qəbələ"nin qonağı olacaq. Digər matçdan fərqli olaraq bu cütlükdə hər iki komanda həm çempionat, həm də kubok vasitəsilə avrokuboklara vəsiqə qazanmağa iddialıdır.

12 aprel

Azərbaycan kuboku

Yarımfinal mərhələsinin ilk oyunları
 
16:00. “Keşlə” – “Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev

“İnter Arena”

18:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov

Qəbələ şəhər stadionu