12 aprel 2018 16:46
923

FİFA-nın yeni reytinqi - millimiz irəlilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə Azərbaycan milli komandası 1 pillə irəliləyib.  Yığmamız 246 xalla 126-cı pillədə qərarlaşıb. Belarusla (0:1) Bakıda, Makedoniya ilə (1:1) Antalyada keçirilən yoxlama matçlarının nəticələri millimizin irəliləməsinə səbəb olub.
 

Yığmamızın Millətlər Liqasındakı rəqiblərinə gəlincə, Latviya 217 xalla 139-cu (-8),  Kosovo 164 xalla 152-cı (24),  Malta isə 62 xalla 185-ci (0) yerdədir.

Qeyd edək ki, siyahıya 1533 xalla Almaniya başçılıq edir. Braziliya ikinci (1384), Belçika üçüncüdür (1346).