12 iyul 2018 14:21
1000

Brüsseldə dövlət və hökumət başçıları üçün qəbul təşkil olunub

Prezident İlham Əliyev qəbulda iştirak edib

İyulun 11-də Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün qəbul təşkil edilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulda iştirak edib.

Qəbuldan əvvəl birgə foto çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün təşkil olunan qəbulda iştirak etdi.