15 mart 2018 19:50
1279

Mehriban Əliyeva İtaliya Senatının vitse-prezidenti ilə görüşüb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının vitse-prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 15-də İtaliya Senatının vitse-prezidenti xanım Linda Lanzilotta ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə VI Qlobal Bakı Forumunun önəmi vurğulandı, bu Forumda müzakirə olunan məsələlərin dünyada gedən proseslərə müsbət təsir göstərdiyi və ona marağın getdikcə daha da artdığı bildirildi. Tədbirin yüksək səviyyədə təşkil edildiyi bildirilərək, Forumun dünyanı narahat edən bir çox məsələləri müzakirə etmək üçün yaxşı platforma olduğu vurğulandı.