Prezident keniyalı həmkarını təbrik edib

13 dekabr 2017 22:04
657

Azərbaycan Prezidenti İlham Əliyev Keniya Prezidenti Uhuru Kenyattaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına sülh və tərəqqi arzulayıram".