Al Səud İlham Əliyevə təbrik ünvanlayıb

17 oktyabr 2017 21:10
534

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə Prezident İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir:

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan xoşbəxtlik duyuram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının xalqına və hökumətinə daha böyük inkişaf və rifah arzu edirəm.

Zati-alinizə dərin hörmət və ehtiramla