14 sentyabr 2017 14:03
2816

Paris 2024-cü ildə Olimpiya Oyunlarına ev sahibliyi edəcək

Bir əsrdən sonra Paris yenidən Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Beynəlxalq Olimpiya Komitəsi Fransa paytaxtının 2024-cü ildə, Los Ancelesin isə 2028-ci il Olimpiya Oyunlarına ev sahibliyi edəcəyini rəsmi olaraq elan edib.

Eyfel Qülləsi, Versal qəsri, “İnvalides” meydanı idman məkanlarına çevriləcək.

Olimpiya Oyunlarının açılış mərasimi “Stade de France” stadionunda keçiriləcək.