22 may 2017 19:28
685

İslamiadanın ən yaxşısı

Bakıda keçirilən IV İslam Oyunları zamanı çəkilmiş ən yaxşı foto müəyyən olunub.

APA-nın məlumatına görə, bu münasibətlə keçirilmiş foto müsabiqənin qalibi “APA Holding”in əməkdaşı Nicat Əlili olub.

Onun çəkdiyi foto ekspert qrupu tərəfindən “oyunların ən yaxşı fotosu” seçilib.

Qalibi mükafatlandırma mərasimi sabah keçiriləcək.

N. Əliliyə mükafatı Reuters Agentliyinin keçmiş foto redaktoru, 1996-cı il Atlanta və 2000-ci il Sidney Olimpiya Oyunlarının foto rəhbəri Gari Kemper təqdim edəcək.