22 may 2017 22:15
944

Mariya Stadnik: “İslamiadanın təşkilatçılığı Yay Olimpiya Oyunlarından fərqlənmir”

"İslamiadadan parlaq təəssüratlar qaldı. Bütün zal himni oxuyurdu. Bu, unudulmaz anlardır". 

"Report" xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Mariya Stadnik deyib.

48 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı idmançı bildirib ki, İslamiadanın təşkilatçılığı Yay Olimpiya Oyunlarından fərqlənmir: “Bunu I Avropa Oyunlarında da görmüşdük. Hər kəs bilir ki, bizdəki yarışlar yüksək səviyyədə keçirilir". 

O, qalib gələcəyinə inandığını da bildirib: "Bütün yarışlara qızıl medal qazanmaq üçün qatılıram. İslamiadada isə evdə güləşdiyimiz üçün mütləq uğur əldə etməli idim”.

Qeyd edək ki, Mariya Stadnik olimpiya mükafatçısı, dünya və beşqat Avropa çempionudur. O, “Bakı 2015” I Avropa Oyunlarında da qızıl medal qazanıb.