23 may 2017 20:32
1403

Azad Rəhimov: "İslamiada "Rio-2016"dan da yüksək səviyyədə keçirildi"

"IV İslam Oyunları Bakıda bəlkə də 2016-cı il Rio-de-Janero Oyunlarından daha yüksək səviyyədə keçirilib". "Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilmiş İslamiadanın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, "Bakı 2017"nin təşkilatçılığından razılıq ifadə edib. Komandaların Atletlər Kəndindən razı qaldıqlarını bildirən nazir bəzi yığmaların oranı mayın 25-də tərk edəcəklərini diqqətə çatdırıb. A.Rəhimovun sözlərinə görə, açılış mərasimində tamaşaçıların stadiona çatdırıması zamanı nəqliyyatda problem olubsa, bağlanışda belə problem olmayıb.