06 noyabr 2017 20:28
3098

Stolüstü tennisçimiz Gənclərin Olimpiya Oyunlarına lisenziya qazanıb

3-5 noyabr tarixlərində Xorvatiyanın Split şəhərində gənclər üzrə Olimpiya Oyunlarının Avropa təsnifat turniri keçirilib. Federasiyanın mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, turnirdə uğurla çıxış edən qız tennisçimiz Gənclərin Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu stolüstü tennis üzrə Azərbaycanın qazandığı ilk lisenziyadır.

Qeyd edək ki, növbəti Gənclərin Olimpiya Oyunları 2018-ci ilin oktyabr ayında Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək. İndiyədək bu yarışlar 2010-cu ildə Sinqapurda, 2012- ci ildə Avstriyada, 2014-cü ildə Çində, 2016- cı ildə isə Norveçdə keçirilib.

“İki sahil”