04 iyul 2018 18:51
1151

Təlimlərdə ərazinin maketi üzərində fəaliyyətlər icra olunub

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq, təlim iştirakçıları ərazinin maketi üzərində qoşunların qarşılıqlı fəaliyyətlərinin təşkilini həyata keçiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə çətin dağlıq relyef şəraitində qoşunların döyüş hazırlığı təcrübəsi nəzərə alınmaqla təlimlərin mərhələlər və vaxt üzrə epizodları işlənilib.

Qərargahlarda tapşırıqlar aydınlaşdırılıb, vəziyyət qiymətləndirilib, qərarlar qəbul edilib və qoşunlara müvafiq göstərişlər verilib.