Təlimlərə cəlb olunmuş qərargahlar ərazidə döyüş tapşırıqlarını ətraflı planlaşdırır və dəqiqləşdirirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qoşunlarımızın fəaliyyəti və düşmən haqqında tam məlumata malik olmaq üçün məlumatların əldə edilməsi kəşfiyyat, müşahidə və digər texniki vasitələr, o cümlədən pilotsuz uçuş aparatlarından (PUA) geniş istifadə edilməklə həyata keçirilir.