Ukraynanın Rovno vilayətində poliqonda taktik təlimlər partlayış baş verib.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, minaatanın partlaması nəticəsində 3 hərbçi həlak olub, 9-u yaralanıb.
Hadisə ümumqoşun poliqonunda bu gün yerli vaxtla saat 05:55-də baş verib. Ukrayna Silahlı Qüvvələrinin Quru qoşunlarının komandanı taktik təlimləri dayandırıb. Xidməti araşdırma təyin edilib.