08 oktyabr 2018 18:14
2109

Hava hücumundan müdafiə bölmələrinin təlim-məşqləri keçirilib

Ümumqoşun birlik və birləşmələri hava hücumundan müdafiə bölmələrinin planlı təlim-məşqləri keçirilib.

"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, praktiki döyüş atışları ilə icra olunan məşqlərdə şəxsi heyət şərti düşmənin hava hədəflərini aşkar edərək onları daşınan zenit-raket komplekslərindən məhv ediblər.