11 oktyabr 2018 23:46
2718

Nazir Özbəkistana gedib

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Özbəkistana gəlib

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Özbəkistana səfərə gedib.

Oktyabrın 12-də Daşkənddə keçiriləcək Şuranın iclasında 20-dək məsələ müzakirə ediləcək.