12 oktyabr 2018 20:21
2587

Azərbaycanın Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Oktyabrın 12-də Özbəkistan Respublikasının Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib. "İki sahil" xəbər verir ki,  Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.

İclasdan Müdafiə nazirləri cari hərbi əməkdaşlıq və qarşıda duran məsələləri müzakirə ediblər.