14 oktyabr 2018 03:36
2848

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi hissəni ziyarət ediblər

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə tanışlıq səfəri təşkil olunub.

Müdafiə Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində 15 dövləti təmsil edən hərbi attaşelik aparatlarının 22 nümayəndəsinə hərbi hissə haqqında məlumat verilib.
Sonra onlar burada şəxsi heyət üçün yaradılan şərait və hərbi hissənin silahlanmasındakı döyüş texnikası ilə tanış olublar.
Qonaqlar ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.