Motoatıcı bölmələrin döyüş hazırlığı

24 oktyabr 2018 17:47
3117

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən motoatıcı bölmələrin şəxsi heyəti poliqonda təlim atış çalışmalarını icra edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçular avtomat, minaatan və qumbaraatanlardan müxtəlif məsafələrdə yerləşən hədəflərin vurulması üzrə tapşırıqları yerinə yetiriblər.