09 aprel 2018 22:59
1216

ABŞ Milli Müdafiə Universitetinin nümayəndə heyəti Bakıya səfər edib

ABŞ Milli Müdafiə Universitetinin nümayəndə heyəti Bakıya səfər edib

Amerika Birləşmiş Ştatlarının Milli Müdafiə Universitetinin nümayəndə heyəti aprelin 9-da Azərbaycana akademik səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında ABŞ nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə qonaqlara akademiyanın fəaliyyəti və regional təhlükəsizlik haqqında təqdimatlar edilib, ətraflı məlumat verilib.