03 aprel 2018 18:02
1132

“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib

2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun hərbi hissələri üzrə “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış nazirliyin xüsusi təchiz edilmiş təlim meydançasında keçirilib. Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.

Snayperlər hədəflərə fərdi və qrup şəklində atışlar edib, maneələrin dəf edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Altı mərhələdən ibarət olan yarışda hərbi qulluqçular “Snayper müdafiədə”, “Snayper hücumda” və digər tapşırıqlar üzrə çalışmalarda öz bacarıqlarını nümayiş etdiriblər.

Yekun nəticələrə görə qaliblər müəyyən edilib və mükafatlandırılıb.