19 sentyabr 2017 16:39
527

“Maddi-texniki təminatın əsasları”

Bakıda “Maddi-texniki təminatın əsasları” mövzusunda seminar keçirilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2017-ci il üçün fərdi tərəfdaşlıq üzrə əməkdaşlıq proqramına əsasən, NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda “Maddi-texniki təminatın əsasları” mövzusunda seminar keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir müddətində NATO nümayəndə heyəti tərəfindən iştirakçılara “Maddi-texniki təminatın əsasları”, “Əməliyyatlarda maddi-texniki təminatın planlaşdırılması” və digər mövzular barədə məlumatlar verilir, eləcə də müxtəlif məşğələlər təşkil olunur.

Sentyabrın 22-dək davam edəcək tədbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edir.